SON XƏBƏRLƏR

3 Şəhərdə 7 məhbus edam edildi

2025.04.14, 16:53
3 Şəhərdə 7 məhbus edam edildi

Güney Azərbaycanın Qəzvin şəhərinin Çubindər həbsxanasında 2 məhbus edam edilib.

Gunaz.tv

Bu barədə insan haqları təşkilatları məlumat yayıb.

Bununla yanaşı Zahidan şəhərinin həbsxanasında 3, Kirmanşah şəhərinin həbsxanasında isə 1 məhbusun edam hökmü yerinə yetirilib.

Edam edilənlər narkotik maddələrin alveri və qətldə günahlandırılıblar.
 
Qeyd edək ki, 2024-cü ildə İranda 972 məhbus edam edilib və bu ötən il dünyada edam cəzalarının 64%-ə bərabərdir.

Beynəlxalq Əfv Təşkilatı yaydığı bəyanatda edam sayına görə İranın dünyada birinci yerdə olduğunu bildirib.

GünazTV

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar