SON XƏBƏRLƏR

Britaniya XİN: Ukrayna Rusiya aktivlərindən əldə edilən gəlir hesabına 752 milyon funt sterlinq alacaq

2025.04.15, 11:02
Britaniya XİN: Ukrayna Rusiya aktivlərindən əldə edilən gəlir hesabına 752 milyon funt sterlinq alacaq

Böyük Britaniya Ukraynaya Rusiya aktivlərindən əldə edilən gəlir hesabına 752 milyon funt sterlinq verəcək.

Gunaz.tv

Bu barədə Böyük Britaniyanın xarici işlər naziri Devid Lemmi “X” sosial şəbəkəsindəki hesabında paylaşım edib.

Onun sözlərinə görə, Britaniya tərəfi ədalətli və dayanıqlı sülhün təmin edilməsi üçün Ukraynaya dəstək verməyə hazırdır.

"Rusiya aktivlərindən əldə edilən gəlir hesabına ödəniləcək 752 milyon funt sterlinq məbləğində son maliyyələşdirmə Ukraynanın müdafiəsini gücləndirəcək. Bu, Rusiyaya göstərəcək ki, o, bizim kollektiv qətiyyətimizə qarşı dura bilməyəcək", - D.Lemmi qeyd edib.

 

C

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar