SON XƏBƏRLƏR

Amerika İranın nüvə obyektlərinə zərbə endirməyi nəzərdən keçirir

2025.04.15, 11:20
Amerika İranın nüvə obyektlərinə zərbə endirməyi nəzərdən keçirir

Vaşinqton lazım gələrsə, İrana qarşı sərt davranmağa hazırdır və digər məsələlərlə yanaşı, Tehranın nüvə obyektlərinin məhv edilməsini də nəzərdən keçirir.

Gunaz.tv

GünazTV Report-a istinadla xəbər verir ki, bunu Amerika Prezidenti Donald Tramp Ağ Evdə Salvador prezidenti Nayib Bukele ilə görüşü zamanı jurnalistlərə deyib.

"Bu, çox sadədir. Onların nüvə silahı ola bilməz və onlar Amerika ilə danışıqlarda tez hərəkət etməlidirlər. Əgər çox sərt bir şey etməliyiksə, biz bunu edəcəyik", - Tramp bildirib.

Ondan bu tədbirlərə İranın nüvə obyektlərinə zərbələrin daxil olub-olmaması soruşulub. Tramp "Əlbəttə", - deyə cavab verib.

Qeyd edək ki, aprelin 12-də Omanda Amerika və İran nümayəndə heyətlərinin görüşü keçirilib. İran nümayəndə heyətinə xarici işlər naziri Abbas Əraqçi, ABŞ nümayəndə heyətinə isə Amerika Prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff rəhbərlik edib.

 

 

Ş.E

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar