SON XƏBƏRLƏR

HƏMAS İsraillə danışıqları davam etdirmək üçün Qətərə nümayəndə heyəti göndərib

2025.04.15, 11:22
HƏMAS İsraillə danışıqları davam etdirmək üçün Qətərə nümayəndə heyəti göndərib

HƏMAS İsraillə danışıqları davam etdirmək üçün Qətərə nümayəndə heyəti göndərib.

Gunaz.tv

GünazTV xəbər verir ki, bu barədə "Associated Press" hərəkatın nümayəndəsinə istinadən məlumat yayıb.

Qəzza zolağında atəşkəsin bərpası ilə keçirilən danışıqlar bu həftənin sonu və ya gələn həftə baş tuta bilər.

Mənbəyə görə, yeni sazişin anklavda hərbi əməliyyatlara son qoyulmasını təmin edib-etməyəcəyi sual altındadır.

Qeyd edək ki, HƏMAS rəsmisi media ilə danışıqları müzakirə etmək səlahiyyəti olmadığı üçün adının açıqlanmasını istəməyib. İsrail və Qətər rəsmiləri "Associated Press"-in müzakirələr ilə bağlı suallarına şərh verməyiblər.

Bundan əvvəl aprelin 12-də Qahirədə danışıqlar keçirilib. Tərəflər HƏMAS-ın 8-10 girovu azad etməsini nəzərdə tutan yeni mümkün atəşkəs razılaşmasını müzakirə ediblər. Bəzi məlumatlara görə, danışıqlar heç bir irəliləyişə səbəb olmayıb.

 

 

Ş.E

 

 

 

 

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar