SON XƏBƏRLƏR

Ermənistan Baş naziri: Yeni müharibə olmayacaq

2025.04.15, 13:31
Ermənistan Baş naziri: Yeni müharibə olmayacaq

"Ermənistanda bəzi qüvvələr (müxalifəti nəzərdə tutur - red.) hər gün müharibə təbliğatı aparır və onu həyata keçirmək üçün konkret addımlar atmağa çağırırlar. Biz sülh gündəmindən dönməyəcəyik".

Gunaz.tv

GünazTV Teleqraf-a istinadla xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib.

Baş nazir Ermənistanla Azərbaycan arasında yeni eskalasiya ilə bağlı proqnozlara toxunaraq qeyd edib:

“Müharibəyə heç bir bəraət qazandırmaq olmaz. Ermənistan və Azərbaycan bir-birinin ərazi bütövlüyünü tanıyıb”.

N.Paşinyan həmçinin iddia edib ki, yeni müharibə olmayacaq, sülh olacaq:

“Ermənistan və Azərbaycan xalqları sülhə və dinc yanaşı yaşamağa layiqdir”.

 

 

Ş.E

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar