SON XƏBƏRLƏR

Xətibzadə Akopyanla İran-Ermənistan əməkdaşlığını müzakirə etdi

2025.04.15, 13:32
Xətibzadə Akopyanla İran-Ermənistan əməkdaşlığını müzakirə etdi

Ermənistanın Tehrandakı səfiri Qriqor Akopyan İran xarici işlər nazirinin müavini Səid Xətibzadə ilə görüşüb.

Gunaz.tv

GünazTV Teleqraf-a istinadən xəbər verir ki, bu barədə Ermənistanın İrandakı səfirliyi məlumat yayıb.

Görüşdə Ermənistan-İran münasibətlərinin inkişaf perspektivləri müzakirə edilib, ekspertlər səviyyəsində dialoqun daha da genişləndirilməsinin vacibliyi vurğulanıb.

“Görüşdə həmçinin tarixi yaddaşın qorunub saxlanmasının, elm və təhsil sahəsində əməkdaşlığın təşviqinin mühüm komponenti kimi arxiv sənədlərinin mübadiləsi sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub”, - məlumatda deyilir.

 

 

Ş.E

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar