SON XƏBƏRLƏR

BƏƏ Suriyaya uçuşları bərpa edir

2025.04.15, 14:33
BƏƏ Suriyaya uçuşları bərpa edir

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Suriyaya uçuşları bərpa edəcək.

Gunaz.tv

GünazTV Publika.az-a istinadən xəbər verir ki, bu barədə BƏƏ Baş Mülki Aviasiya Qurumu açıqlama yayıb.

Bildirilib ki, iki ölkə arasında sərnişin və yük uçuşlarının bərpası üçün lazımi prosedurların tamamlanması yolunda birgə koordinasiya davam edir. Lakin uçuşların nə vaxt bərpa ediləcəyi ilə bağlı dəqiq tarix verilməyib.

Qeyd edək ki, qərar BƏƏ prezidenti Məhəmməd bin Zayed Əl-Nəhyan ilə Suriya prezidenti Əhməd əl-Şəra arasında martın 13-də keçirilən görüşdən sonra elan edilib. Görüş zamanı Məhəmməd bin Zayed ölkəsinin Suriyanın suverenliyi, birliyi və ərazi bütövlüyünü dəstəklədiyini bir daha bəyan edib.

 

 

Ş.E

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar