SON XƏBƏRLƏR

İran KİV: Çin 2015-ci il nüvə müqaviləsinə bənzər razılaşmanı dəstəkləyir

2025.04.15, 14:34
İran KİV: Çin 2015-ci il nüvə müqaviləsinə bənzər razılaşmanı dəstəkləyir

İran dövlət mediasının bildirdiyinə görə, Çinin Tehrandakı səfiri Conq Peyvu Çinin İranla bağlı 2015-ci ildə imzalanmış Birgə Hərtərəfli Fəaliyyət Planına (BHFP) bənzər yeni razılaşmanı dəstəklədiyini deyib.

Gunaz.tv

Səfir bu barədə Çinin Tehrandakı səfirliyində mətbuat konfransı zamanı deyib.

"Çin bir daha İranın nüvə probleminin həlli üçün yeganə düzgün seçimin siyasi və diplomatik yol olduğuna inanır və biz BHFP çərçivəsinə əsaslanan yeni razılaşmanı dəstəkləyirik." - deyə Peyvu bildirib.

Qeyd edək ki, 2018-ci ildə, Donald Trampın birinci prezidentliyi dövründə Amerika İranın nüvə razılaşmasına əməl etmədiyini bildirərək bu razılaşmadan çıxmışdı.

 

- Cəfər Cəfərli

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar