SON XƏBƏRLƏR

Şimali Koreya Rusiyaya 15,800 konteyner sursat göndərdi

2025.04.15, 15:30
Şimali Koreya Rusiyaya 15,800 konteyner sursat göndərdi

Şimali Koreya 18 ay ərzində Rusiyaya 15,800 konteynerdən çox sursat göndərərək, Ukraynaya qarşı müharibədə Kremlin kritik tədarükçüsünə çevrilib.

Gunaz.tv

GünazTV Teleqraf-a istinadla xəbər verir ki, bu barədə “Newsweek” məlumat yayıb.

Peyk görüntüləri 2023-cü ilin avqustundan 2025-ci ilin martına qədər Şimali Koreyadan Rusiyaya ən azı 64 dəfə hərbi yük daşındığını göstərir. Qeyd olunur ki, bu təchizatlar vasitəsilə Rusiya ordusu təxminən 4,2-5,8 milyon patron əldə edib. Şimali Koreya sursatlarının daşınmasında Rusiya bayrağı altında üzən 4 yük gəmisi iştirak edib: “Anqara”, “Ledi R”, “Mariya” və “Maya-1”.

“Şimali Koreyadan sursat axını Rusiyaya hücumların tempini saxlamağa imkan verir, bu, Qərbin Ukraynaya hərbi yardımının effektivliyini zəiflədir”, - nəşr yazır.

 

 

 

Ş.E

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar