SON XƏBƏRLƏR

HƏMAS İsrailin Qəzza ilə bağlı yeni təklifinə 48 saat ərzində cavab verəcək

2025.04.15, 15:32
HƏMAS İsrailin Qəzza ilə bağlı yeni təklifinə 48 saat ərzində cavab verəcək

Fələstinin HƏMAS Hərəkatı İsrail tərəfindən Qəzza zolağında atəşkəslə bağlı irəli sürülən yeni təklifə yaxın iki gün ərzində rəsmi cavab verəcək.

Gunaz.tv

GünazTV Teleqraf-a istinadla xəbər verir ki, bu barədə “Asharq News” telekanalı məlumat yayıb.

Məlumata görə, hazırda HƏMAS rəhbərliyi daxilində bu təklifin müzakirəsi aparılır və cavab növbəti 48 saat ərzində vasitəçilərə təqdim olunacaq. Bildirilib ki, HƏMAS yalnız Qəzzada tam və hərtərəfli atəşkəs şərtini özündə əks etdirən istənilən təşəbbüsü və ya qərarı qəbul edəcək.

Anklavda saxlanılan girovların azad olunması məsələsinə gəlincə, HƏMAS nümayəndəsi deyib ki, əgər ümumi razılaşma əldə olunarsa, girovların müəyyən bir hissəsinin İsrail tərəfinə təhvil verilməsi ilə bağlı heç bir problem yoxdur.

Qeyd edək ki, HƏMAS vasitəçilərdən atəşkəslə bağlı rəsmi təklif aldığını təsdiqləyib və sənədi hazırda araşdırdığını açıqlayıb.

 

 

Ş.E

 

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar