SON XƏBƏRLƏR

Ağ Ev: “Tramp hesab edir ki, top Çinin tərəfindədir”

2025.04.16, 10:47
Ağ Ev: “Tramp hesab edir ki, top Çinin tərəfindədir”

GünazTV Musavat.com-a istinadla xəbər verir ki, ABŞ Prezidenti Donald Trampın administrasiyası Çinin Amerika ilə ticarət razılaşmasına ehtiyac duyduğunu, əksinə, ABŞ-ın belə bir zərurət içində olmadığını bəyan edib. Bu barədə Ağ Evin mətbuat katibi Kərrolayn Livitt açıqlama verib.

Gunaz.tv

“Bu, Çinin bizimlə razılaşma imzalamasına ehtiyac duyduğu bir vəziyyətdir. Bizim isə onlarla razılaşma bağlamağa ehtiyacımız yoxdur,” – deyə Livitt bildirib.

O əlavə edib ki, Çin digər ölkələrdən fərqlənmir, sadəcə, ölçü baxımından daha böyükdür: “Və Çin istəyir ki, Amerikada olanlara – amerikalı istehlakçıya – çıxışı olsun.”

Bu bəyanat Tramp administrasiyasının Çinlə sərt ticarət siyasətini davam etdirmək niyyətində olduğunu göstərir.

 

 

Ş.E

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar