SON XƏBƏRLƏR

İranda 7 ərəb sənətçinin fəaliyyətinə qadağa qoyuldu

2025.04.16, 11:06
İranda 7 ərəb sənətçinin fəaliyyətinə qadağa qoyuldu

İranın Xuzistan əyalətinin Behbəhan şəhərindən olan 7 qadın müğənninin fəaliyyətinə qadağa qoyulub.

Gunaz.tv

Bu barədə insan haqları fəalları məlumat yayıb.

Məlumata görə, sənətçilər SEPAH-ın təhlükəsizlik və kəşfiyyat bölməsinə çağırılaraq dindirilib, onlardan məcburi şəkildə mədəni fəaliyyətlərini davam etdirməyəcəkləri barədə yazılı iltizam alınıb.

Bununla yanaşı qadın sənətçilərin sosial mediada paylaşımlarına da məhdudiyyət qoyulub və ictimai məsələlərlə bağlı paylaşımları qadağan edilib.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar