SON XƏBƏRLƏR

Amerika Rusiyaya qarşı sanksiyaları yumşaldır?

2025.04.16, 11:17
Amerika Rusiyaya qarşı sanksiyaları yumşaldır?

Amerika Birləşmiş Ştatları Ukraynada atəşkəsə razılaşana qədər Rusiyaya qarşı sanksiyaları ləğv etməyəcək.

Gunaz.tv

GünazTV Musavat.com-a istinadən xəbər verir ki, bunu Amerika Dövlət Departamentinin mətbuat katibi Tammi Bryus brifinq zamanı Moskvaya qarşı sanksiyaların yumşaldılması ehtimalını şərh edərkən deyib.

O xatırladıb ki, Amerika tərəfi atəşkəsə nail olmaq üçün fəaliyyətini davam etdirir:

“Bu qırğın dayanana qədər heç bir danışıqlar, həll yolları, razılaşmalar olmayacaq”.

Bryus həmçinin bildirib ki, Sumının ağır atəşə tutulmasından sonra Vaşinqtonda kimin həqiqətən sülhə və atəşkəsə sadiq olduğuna dair suallar yaranıb.

 

 

Ş.E

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar