SON XƏBƏRLƏR

Mixeil Kavelaşvili Bakıda şəhidlərin xatirəsini anıb

2025.04.16, 11:23
Mixeil Kavelaşvili Bakıda şəhidlərin xatirəsini anıb

Azərbaycanda rəsmi səfərdə olan Gürcüstan Prezidenti Mixeil Kavelaşvili aprelin 16-da Şəhidlər xiyabanını ziyarət edib.

Gunaz.tv

GünazTV APA-ya istinadla xəbər verir ki, Mixeil Kavelaşvili Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla yad edib, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.

Sonra Bakının ən hündür nöqtəsindən paytaxtın mənzərəsini seyr edən ali qonağa Şəhidlər xiyabanının tarixi və şəhərdə görülən abadlıq-quruculuq işləri barədə məlumat verilib.

 

 

Ş.E

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar