SON XƏBƏRLƏR

Zelenski ABŞ-la yeraltı sərvətlərlə bağlı müsbət danışıqlar apardığını açıqlayıb

2025.04.16, 11:43
Zelenski ABŞ-la yeraltı sərvətlərlə bağlı müsbət danışıqlar apardığını açıqlayıb

Ukrayna ilə ABŞ arasında mineral ehtiyatlar üzrə danışıqlar müsbət istiqamətdə irəliləyib.

Gunaz.tv

GünazTV "Report"-a istinadən, bunu Ukrayna Prezidenti Volodimir Zelenski deyib.

O əlavə edib ki, müxtəlif formatlarda aparılan danışıqlar bu həftənin sonuna qədər davam edəcək. Onun sözlərinə görə, belə məsləhətləşmələrdən sonra tərəflər müzakirələrin nəticələrini təqdim edəcəklər.

Xatırladaq ki, ötən həftə Ukrayna nümayəndə heyəti ABŞ rəsmiləri ilə texniki danışıqlar aparmaq üçün Vaşinqtona getmişdi.

“The New York Times” yazır ki, ABŞ Ukrayna üçün daha sərt şərtlərlə saziş layihəsi hazırlayıb. "Reuters" Ukrayna və ABŞ rəsmiləri arasında cümə günü, aprelin 11-də baş tutan görüşdən sonra yazıb ki, sazişin imzalanması şansı azdır.

 

 

Ş.E

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar