SON XƏBƏRLƏR

İran XİN: görüşün növbəti raundu ilə bağlı qərar verməmişik

2025.05.21, 13:57
İran XİN: görüşün növbəti raundu ilə bağlı qərar verməmişik

İranın xarici işlər naziri Abbas Əraqçi çərşənbə günü bildirib ki, Tehran növbəti danışıqlar raundunda iştirak edib-etməmək barədə hələ qərar verməyib.

Gunaz.tv

İran təqdim olunan vaxt və məkanda tutacaq danışıqların məhsuldar olub-olmayacağını araşdıraraq bu danışıqlarda iştirakını qiymətləndirir. “Artıq əsassız müraciətlərə cavab vermişik və bu cür qeyri-adi ifadələr danışıqlara kömək etmir”, Abbas Əraqçi əlavə edib. 

“Bizim mövqeyimiz tam aydındır: zənginləşdirmə razılaşmalı və ya razılaşmasız davam edəcək”, - deyə Əraqçi bildirib.

“Əgər digər tərəflər İranın dinc proqramı ilə bağlı şəffaflıq istəyirlərsə, biz hazırıq, lakin onlar da bu iddialar əsasında bizə tətbiq edilən sanksiyaları aradan qaldırmalıdırlar. Əgər onlar əlavə tələblər irəli sürsələr və bizi hüquqlarımızdan məhrum etməyə cəhd etsələr, bu qəbuledilməz olacaq” Abbas Əraqçi əlavə edib.

 

 

Şahin Elxanoğlu

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar