SON XƏBƏRLƏR

İlham Əliyevlə Ərdoğan arasında səmimi söhbət

2025.05.21, 15:27
İlham Əliyevlə Ərdoğan arasında səmimi söhbət

Macarıstanın paytaxtı Budapeştdə görüşən Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında səmimi söhbət olub.

Gunaz.tv

GünazTV xəbər verir ki, dövlət başçılarının söhbətinin əks olunduğu görüntülər sosial şəbəkələrdə geniş yayılıb və maraqla qarşılanıb.

Türkiyə lideri Azərbaycan Prezidentini nəvəsinin doğulması münasibəti ilə təbrik edib:

“Təbrik edirəm, gözün aydın. İkinci oldu? Maşallah, maşallah... Burada, Bodrumdadırmı?”

İlham Əliyev cavabında zarafatla “Bəli, bodrumlu oldular” deyib.

Ərdoğanın İlham Əliyevdən “Sən nə içirsən?” sualı ilə başlayan şən dialoq səmimi məcrada davam edib.

Daha sonra Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev masaya qatılaraq 3 lider arasında səmimi söhbət davam edib.

Söhbət zamanı liderlərin ailə həyatları ilə bağlı dedikləri də diqqət çəkib.

Türkiyə Prezidenti Azərbaycan Prezidenti ilə nəvələrinin eyni sayda olduğunu söyləyib:

“İlham qardaşımın nəvələri 9 oldu, mənim də 9 nəvəm var. Gələcək sağlam əllərdədir”.

 

 

Ş.E

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar