SON XƏBƏRLƏR

Səfir İsrail diplomatlarını qorumaq üçün sarsılmaz öhdəliyə görə Azərbaycana təşəkkür edib

2025.05.22, 11:59
Səfir İsrail diplomatlarını qorumaq üçün sarsılmaz öhdəliyə görə Azərbaycana təşəkkür edib

İsrail səfirliyinin iki əməkdaşının yaxın məsafədən güllələndiyi Vaşinqtonda yəhudilərin tədbirində törədilmiş dəhşətli terror aktı bizi sarsıtdı.

Gunaz.tv

bu barədə İsrailin Azərbaycandakı səfiri Corc Dik sosial media paylaşımında bildirib.

“Həyatlarının ən yaxşı çağlarında olan Yaron və Sara gələn həftə nişanlanmalı idi. Mən Azərbaycan xalqına həmrəyliyinə, Azərbaycan hökumətinə isə bu gözəl ölkədə İsrail diplomatlarını və yəhudi icmasını qorumaq üçün göstərdiyi sarsılmaz öhdəliyinə görə təşəkkür etmək istəyirəm”, - diplomat qeyd edib.

Qeyd edək ki, Amerikanın paytaxtı Vaşinqtonda İsrail səfirliyində çalışan iki nəfər güllələnərək öldürülüb. Şübhəli bilinən şəxs saxlanılıb.

 

C

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar