SON XƏBƏRLƏR

İsraillə Bakıda əldə edilən razılaşma ilə bağlı Türkiyədən açıqlama

2025.05.22, 13:42
İsraillə Bakıda əldə edilən razılaşma ilə bağlı Türkiyədən açıqlama

“Türkiyə və İsrail Suriyada arzuolunmaz münaqişələrdən yayınmaq üçün mexanizmin yaradılması üzərində danışıqları davam etdirir”.

Gunaz.tv

GünazTV Teleqraf-a istinadla xəbər verir ki, bunu Türkiyə Müdafiə Nazirliyinin sözçüsü Zəki Aktürk deyib.

“Suriyada arzuolunmaz insidentlərin qarşısını almaq üçün deeskalasiya mexanizmin yaradılması ilə bağlı (İsraildən olan) həmkarlarımızla koordinasiyalı şəkildə texniki danışıqlar davam etdirilir. Bu baxımdan, rəsmi orqanlar xaricində verilən açıqlamalardan başqa xəbər və məlumatlara etibar edilməməlidir”, - qurumun sözçüsü bildirib.

Xatırladaq ki, sözügedən mexanizmin yaradılması barədə razılaşma İsrail və Türkiyə nümayəndə heyətləri arasında aprel ayında Bakıda keçirilmiş ilk görüşdə əldə edilib. İki ölkənin nümayəndələri son olaraq ötən həftə yenə Azərbaycanın paytaxtında bir araya gəliblər. Həmin müzakirələrdə İsrail və Türkiyə aralarında “qaynar xətt”in yaradılmasını razılaşdırıb. İndiyədək tərəflər arasında Bakıda dörd görüşün keçirildiyi bildirilir.

 

 

Ş.E

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar