SON XƏBƏRLƏR

Modi: Pakistan Hindistanın haqqı olan çaylardan su əldə etməyəcək

2025.05.22, 15:14
Modi: Pakistan Hindistanın haqqı olan çaylardan su əldə etməyəcək

Pakistan Hindistanın haqqı olan çaylardan su əldə etməyəcək.

Gunaz.tv

Bu sözləri Hindistanın baş naziri Narendra Modi deyib.

22 apreldə Hindistanda 26 nəfərin ölümü ilə nəticələnən terror hücumundan sonra Hindistan ilə Pakistan arasında 1960-cı ildə Dünya Bankı tərəfindən razılaşdırılmış "Hind çayı su razılaşması" müqaviləsinin icrası Hindistan tərəfindən dayandırılıb.

Yeni Dehli bu hücumdan Pakistanı günahkar bildiyinə görə su müqaviləsinin dayandırılmasını da Pakistana cəza kimi nəzərdə tutur.

“Pakistan hər terror hücumuna görə ağır bədəl ödəməli olacaq... Bunu Pakistan ordusu ödəyəcək, Pakistan iqtisadiyyatı ödəyəcək.” - deyə Modi Racastan əyalətindəki çıxışı zamanı bildirib.

Qeyd edək ki, Pakistan iqtisadiyyatının 80%-nin Hind çayı hesabına formalaşdığı bildirilir.

 

- Cəfər Cəfərli

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar