SON XƏBƏRLƏR

Danışıqların nüvə müqaviləsinə gətirib çıxarması inandırıcı deyil

2025.05.23, 12:02
Danışıqların nüvə müqaviləsinə gətirib çıxarması inandırıcı deyil

Amerikanın İranın uran zənginləşdirməsini tamamilə dayandırmasını tələb etməsi danışıqların nüvə müqaviləsinə gətirib çıxarması ehtimalını azaldır.

Gunaz.tv

Bu barədə "CNN" iki iranlı qaynağa istinadən xəbər verir.

Mənbələr bildiriblər ki, İranın cümə günü Romada keçiriləcək danışıqların beşinci raundunda iştirakı irəliləyişə nail olmaq üçün yox, yalnız Vaşinqtonun son mövqeyini qiymətləndirmək üçündür.

Bildirilib ki, Amerika danışıqlardan təzyiqi gücləndirmək üçün bir vasitə kimi istifadə edir. İran tərəfi artıq Amerikanın təkliflərinin İrandan bütün uranın zənginləşdirilməsinə qadağa qoyulmasını tələb edən İsrailin baş naziri Benyamin Netanyahunun istəklərinə uyğun olduğuna inanır.

 

- Cəfər Cəfərli

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar