SON XƏBƏRLƏR

Amerika İran qüvvələrinin İraqdan çıxarılmasını tələb edib

2025.05.23, 14:34
Amerika İran qüvvələrinin İraqdan çıxarılmasını tələb edib

Amerika İran qüvvələrinin iki həftə ərzində İraqdakı mövqelərindən çıxarılmasını tələb edib və İranın onlarla hərbi və nüvə obyektinə giriş istəyib.

Gunaz.tv

Bununla bağlı İraqın xarici işlər naziri Amerika prezidenti Donald Trampın mesajını İran rəsmilərinə çatdırıb.

Mənbələrin bildirdiyinə görə, xarici işlər naziri Fuad Hüseynin Tehrana səfəri zamanı verdiyi mesajda İranın yaxın həftələrdə Amerika ekspertləri tərəfindən təftiş üçün 31 hərbi, nüvə və tədqiqat obyektini açması ilə bağlı tələbi yer alıb.

Xatırladaq ki, Fuad Hüseyn bu həftənin əvvəlində Tehrana səfər edib.

Mənbələrin bildirdiyinə görə, mesajda Tehranın cavabı və tələblərə əməl etmə sürətindən asılı olaraq, Amerikanın İrana qarşı potensial eskalasiyasının davam edəcəyi barədə xəbərdarlıq edilib.

Bildirilib ki, təklif edilən yoxlamalar davam edən nüvə danışıqları ilə əlaqəli deyil və ayrıca şərt kimi təqdim edilib.

 

- Cəfər Cəfərli

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar