SON XƏBƏRLƏR

BMT Baş katibinin xüsusi elçisi Dəməşqdə Suriyanın təhlükəsizliyi və sabitliyini müzakirə edib

2025.05.24, 10:58
BMT Baş katibinin xüsusi elçisi Dəməşqdə Suriyanın təhlükəsizliyi və sabitliyini müzakirə edib

Suriya keçid hökumətinin xarici işlər naziri Əsəd əş-Şibani Dəməşqdə BMT Baş katibinin Suriya üzrə xüsusi elçisi Geyr Pedersen ilə görüşüb.

Gunaz.tv

GünazTV xəbər verir ki, bu barədə SANA məlumat yayıb.

“Tərəflər ölkənin təhlükəsizliyi və sabitliyinin qorunmasının vacibliyini vurğulayıblar”, – məlumatda deyilir.

Görüşdə Suriyada keçid dövründə ədalət sistemi məsələləri, həmçinin Suriya hökuməti ilə BMT arasında müxtəlif məsələlər üzrə əməkdaşlığın genişləndirilməsi mövzusu müzakirə edilib.

Pedersen Suriyada iqtidar dəyişikliyindən sonra Dəməşqə bir neçə dəfə səfər edib.

 

 

Ş.E

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar