SON XƏBƏRLƏR

Zelenski ötən gecə Ukraynaya hücum edən PUA-ların çoxunun İran istehsalı olduğunu açıqlayıb

2025.05.24, 13:41
Zelenski ötən gecə Ukraynaya hücum edən PUA-ların çoxunun İran istehsalı olduğunu açıqlayıb

Ötən gecə Ukraynaya Rusiya tərəfindən hava hücumu ilə bağlı çoxsaylı yanğın və partlayışlar nəticəsində yaşayış binaları, avtomobillər, eləcə də bir sıra müəssisələr sıradan çıxıb.

Gunaz.tv

Bunu Ukrayna prezidenti Volodimir Zelenski deyib.

O, eyni zamanda, çoxsaylı yanğın və partlayışlar nəticəsində yaralıların olduğunu, hadisə yerində fövqəladə xidmətlərin əməkdaşlarının işlədiyini açıqlayıb: “Odessa, Vinnitsa, Sumı, Xarkov, Donetsk, Kiyev, Dnepr vilayətlərinə hücumlar ümumilikdə 250 zərbə dronu vasitəsilə həyata keçirilib. Ümumilikdə 14 ballistik raket atılıb. Təəssüf ki, ölənlər və xeyli sayda yaralı var".

O, PUA-ların çoxunun İran istehsalı olan “Şahed” dronları olduğunu bildirib.

Qeyd olunub ki, çoxsaylı yanğın və partlayışlar nəticəsində yaşayış binaları, avtomobillər, eləcə də bir sıra müəssisələr sıradan çıxıb.

 

C

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar