SON XƏBƏRLƏR

Kelloq Rusiya ilə Ukrayna arasında əsir mübadiləsini İstanbul danışıqlarının əsas uğuru adlandırıb

2025.05.24, 13:43
Kelloq Rusiya ilə Ukrayna arasında əsir mübadiləsini İstanbul danışıqlarının əsas uğuru adlandırıb

Amerika Prezidenti Donald Trampın xüsusi elçisi Keyt Kelloq Rusiya ilə Ukrayna arasında mayın 23-də baş tutmuş əsir mübadiləsini İstanbul danışıqlarının ən müsbət nəticəsi adlandırıb.

Gunaz.tv

Günaz TV Reporta istinadən xəbər verir ki, o, bu barədə “X” sosial şəbəkəsində yazıb.

“Ukrayna və Rusiya arasında keçən həftə İstanbulda baş tutmuş texniki danışıqların ən müsbət nəticəsi hər tərəfdən planlaşdırılmış şəkildə 1000 hərbi əsirin geri qaytarılması olub ki, artıq 400-dən çox əsirin geri qayıdışı baş tutub”, - o yazıb.

Kelloq bu nəticənin əldə edilməsində Ukraynanın müdafiə naziri Rustem Umerovun mühüm töhfəsini də qeyd edib.

“Bizə atəşkəs lazımdır - qətllər dayandırılmalıdır”, - Kelloq əlavə edib.

Xatırladaq ki, mayın 23-də Tramp Rusiya və Ukrayna arasında genişmiqyaslı məhbus mübadiləsi barədə razılığa gəlindiyini açıqlayıb. Bundan bir müddət sonra isə Ukrayna Prezidenti Volodimir Zelenski mübadilənin ilk günü ərzində 390 nəfərin Ukraynaya qayıtdığını bildirib.

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar