SON XƏBƏRLƏR

İran yenə uranın zənginləşdirilməsini qırmızı xətti elan edib

2025.05.26, 12:20
İran yenə uranın zənginləşdirilməsini qırmızı xətti elan edib

İranın Xarici İşlər Nazirliyi uranın zənginləşdirilməsinin nüvə proqramının əsas hissəsi kimi qorunub saxlanmalı olduğunu bildirib və hər hansı güzəşt gözləntilərinə etiraz edib.

Gunaz.tv

Bu barədə İranın Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi danışıb.

"Zənginləşdirmə İranın nüvə sənayesinin ayrılmaz hissəsidir və qorunmalıdır. Biz bu məsələdə heç bir yumşalmaya getməyəcəyik." - deyə o bildirib.

O əlavə edib ki, əgər Amerikanın məqsədi İranın nüvə proqramının qeyri-hərbi qalmasını təmin etməkdirsə, buna artıq nail olunub.

Qeyd edək ki, istər Amerika kəşfiyyatının, istərsə də Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin məlumatlarına görə, İran uranı dinc məqsədlər üçün gərək olandan qat-qat artıq zənginləşdirib və qısa müddətdə nüvə silahı əldə edə bilər.

 

- Cəfər Cəfərli

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar