SON XƏBƏRLƏR

Hakan Fidan bu gün Moskvada Vladimir Putinlə görüşəcək

2025.05.26, 12:42
Hakan Fidan bu gün Moskvada Vladimir Putinlə görüşəcək

Türkiyə xarici işlər naziri Hakan Fidan bu gün, mayın 26-da Moskvada Rusiya Prezidenti Vladimir Putinlə görüşəcək.

Gunaz.tv

Türkiyə xarici işlər nazirinin bu gün Rusiya prezidentinin köməkçisi Vladimir Medinski və Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkinlə də görüşü gözlənilir.

Səfər çərçivəsində Hakan Fidan və rusiyalı həmkarı Sergey Lavrov mayın 27-də Suriya, Ukrayna, Liviya, Cənubi Qafqaz və Qara dəniz regionunda vəziyyətə xüsusi diqqət yetirməklə, regional məsələlər ətrafında fikir mübadiləsi aparacaq.

Həmçinin qeyd edilir ki, bazar ertəsi Fidan “Rusiya-Türkiyə Sahibkarlar İttifaqının idarə heyətinin üzvləri ilə görüşmək” niyyətindədir.

Həmçinin hazırkı şəraitdə ticari-iqtisadi əməkdaşlığın gücləndirilməsi perspektivləri də müzakirə olunacaq. Türkiyə və Rusiya xarici işlər nazirləri yüksək səviyyələrdə ikitərəfli təmasların cədvəlini nəzərdən keçirəcəklər.

Hakan Fidan 26-27 may tarixlərində Rusiyada səfərdə olacaq.

 

 

Ş.E

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar