SON XƏBƏRLƏR

İranlı diplomat: Ermənistan İran üçün vacib ölkədir

2025.05.26, 15:34
İranlı diplomat: Ermənistan İran üçün vacib ölkədir

İran xarici işlər nazirinin müavini Səid Xətibzadə Ermənistanın İran üçün vacib ölkə olduğunu bildirib.

Gunaz.tv

GünazTV Teleqraf-a istinadla xəbər verir ki, o, Zəngəzur dəhlizi ilə bağlı məqama da toxunub.

“Ermənistan İran üçün vacib ölkədir. İran onilliklərdir Ermənistanla yüksək səviyyədə münasibət saxlayır. Bunun bir çox səbəbləri var. İkitərəfli münasibətlərdə geostrateji, geoiqtisadi və geomədəni əhəmiyyətə malikdir. Ermənistandan eşitmək istəyirəm ki, dəhliz olmayacaq”, - Xətibzadə bildirib.

İran rəsmisi dəhlizin İran üçün qəbuledilməz olduğunu qeyd edib.

 

 

Ş.E

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar