SON XƏBƏRLƏR

Səudiyyə Ərəbistanında iranlı molla həbs edildi

2025.05.27, 10:33
Səudiyyə Ərəbistanında iranlı molla həbs edildi

Səudiyyə Ərəbistanının təhlükəsizlik məmurları həcc ziyarəti üçün Məkkəyə gedən İranın hökumət mollası Qulamrza Qasimianı həbs edib.

Gunaz.tv

Bu barədə İran mediası məlumat yayıb.

Bildirilib ki, o, Səudiyyə Ərəbistanındakı vəziyyəti və Səudiyyə hökumətini tənqid edən video yaydıqdan sonra saxlanılıb.

Qeyd edək ki, Qulamrza Qasimian Səudiyyə Ərəbistanına gedən iranlı zəvvarların təşkilatçılarındandır.

Rəsmi Əl-Riad bundan əvvəl həcc mərasimindən siyasi təbliğat vasitəsi kimi istifadə olunmasına icazə verməyəcəyi barədə xəbərdarlıq edib.

GünzTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar