SON XƏBƏRLƏR

İranın nüvə proqramını saxlamaqda israrlıdır

2025.05.27, 12:08
İranın nüvə proqramını saxlamaqda israrlıdır

İranın nüvə proqramını saxlamaqda israrlıdır və heç bir xarici məhdudiyyəti qəbul etməyəcək.

Gunaz.tv

Bunu ölkənin məhkəmə hakimiyyətinin sözçüsü Əsgər Cahangir jurnalistlərə açıqlamasında deyib.

"İranın zənginləşdirilməsi İranın hüququdur. Amerikalıların İrana uranı zənginləşdirməyə icazə verməyəcəklərini söyləməsi kobud addımdır.” - deyə o bildirib.

O, iddia edib ki, İran beynəlxalq hüquqa uyğun hərəkət edir və heç kəsin bu haqqı görməməzlikdən gəlməyə haqqı yoxdur.

Cahangir həmçinin danışıqlar aparanlara xəbərdarlıq edib ki, düşmənləri həvəsləndirə biləcək siqnallar göndərməkdən çəkinsinlər.

Qeyd edək ki, istər Amerika kəşfiyyatının, istərsə də Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin məlumatlarına görə, İran uranı dinc məqsədlər üçün gərək olandan qat-qat artıq zənginləşdirib və qısa müddətdə nüvə silahı əldə edə bilər.

 

- Cəfər Cəfərli

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar