SON XƏBƏRLƏR

Lavrov: Rusiyanın Türkiyə ilə münasibətlərində geniş gündəliyi var

2025.05.27, 13:24
Lavrov: Rusiyanın Türkiyə ilə münasibətlərində geniş gündəliyi var

Rusiyanın Türkiyə ilə ikitərəfli gündəlik çərçivəsində çoxsaylı planları var.

Gunaz.tv

Günaz TV Reporta istinadən xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov çərşənbə axşamı Moskvada türkiyəli həmkarı Hakan Fidan ilə görüşdə bildirib.

O vurğulayıb ki, ikitərəfli gündəliyin məqsədləri arasında Moskva və Ankara əməkdaşlığının qarşısındakı maneələrin aradan qaldırılması da var: "Bizim ticarət və investisiya əməkdaşlığımız artan templə inkişaf edir".

S.Lavrov bildirib ki, Türkiyə tərəfi ilə danışıqlarda beynəlxalq gündəliyin məsələlərinə xüsusi diqqət yetiriləcək: "Rusiya, həm də Türkiyə Şimali Afrika və Yaxın Şərq də daxil olmaqla bir sıra regionlarda normallaşma üçün beynəlxalq səylərdə fəal iştirak edir".

 

C

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar