SON XƏBƏRLƏR

Amerika dövlət katibi Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə təbrik edib

2025.05.28, 11:32
Amerika dövlət katibi Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə təbrik edib

Amerika Dövlət katibi Marko Rubio 28 May - Müstəqillik Günü münasibətilə Azərbaycan xalqını təbrik edib.

Gunaz.tv

Bu barədə Amerika Dövlət Departamentinin saytında yerləşdirilən təbrikdə deyilir.

“Amerika xalqı adından Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə təbrik etmək istəyirəm. Biz Azərbaycanın suverenliyini, müstəqilliyini və ərazi bütövlüyünü dəstəkləyirik. Amerika Güney Qafqazın çiçəklənməsi üçün son dərəcə vacib olan regionda sülh və sabitliyin təşviqi səylərini dəstəkləməkdə davam edir.

Biz bu il Azərbaycan və Ermənistanın sülh müqaviləsinin mətni üzrə əldə etdiyi razılaşmanı qeyd edirik. Biz, həmçinin Azərbaycanın enerji təchizatçısı və nəqliyyat qovşağı kimi artan əhəmiyyətini tanıyırıq. Son 33 il ərzində qurulmuş tərəfdaşlığımız təhlükəsizlik, enerji əməkdaşlığı və iqtisadi artım sahələrində ümumi maraqları irəli sürməyə davam edir. Biz əməkdaşlığımızı dərinləşdirməyə və Azərbaycan və bütün region üçün dinc, firavan gələcəyi təmin etmək üçün birgə işləməyi səbirsizliklə gözləyirik”, - deyə Rubio əlavə edib.

 

C

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar