SON XƏBƏRLƏR

"İsrailə casusluq"da günahlandırılan məhbus edam edildi

2025.05.28, 12:56
"İsrailə casusluq"da günahlandırılan məhbus edam edildi

Bu gün səhər saatlarnda "İsrailə casusluq"da günahlandırılan 41 yaşlı Pedram Mədəni Evin həbsxanasında edam edilib.

Gunaz.tv

Bu barədə İran Məhkəmə Sisteminin "Mizan" saytı məlumat yayıb.

"Pedram Mədəni Almaniya və Brüsseldəki Mossad agentləri ilə əlaqə saxlayıb və "təhlükəsiz rabitə vasitəsilə infrastruktur avadanlıqlarının yerləşdiyi yerlər və binalar da daxil olmaqla məxfi məlumatları Mossad zabitinə çatdırmağa çalışıb",- "Mizan" İran məhkəməsinə istinadən yazıb.

Mədəninin anası isə etdiyi paylaşımda riyaziyyat müəllimi olan oğlu barədə irəli sürülən ittihamı rədd edib.

Qeyd edək kİ, bu son 1 ay ərzində "İsrailə casusluq" ittihamına görə ikinci edamdır.

Bundan əvvəl aprelin 30-da da Möhsün Ləngərneşin adlı məhbus eyni ittihama görə, Kərəcin Qızılhisar həbsxanasında edam edilib.

İnsan haqları təşkilatları hər iki məhbusun işgəncə altında yalan ifadə verməyə məcbur edildiklərini bildiriblər.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar