SON XƏBƏRLƏR

Netanyahu: İsrail Qəzzada HƏMAS lideri Məhəmməd Sinvarı zərərsizləşdirib

2025.05.28, 20:30
Netanyahu: İsrail Qəzzada HƏMAS lideri Məhəmməd Sinvarı zərərsizləşdirib

İsrail hərbçiləri Qəzza zolağında HƏMAS-ın lideri Məhəmməd Sinvarı zərərsizləşdirib.

Gunaz.tv

Günaz TV "Report"a istinadən xəbər verir ki, bu barədə İsrailin Baş naziri Binyamin Netanyahu bildirib.

“Biz HƏMAS-ın idarəetmə potensialının məhv edilməsi yolunda dönüş nöqtəsinə çatdıq. Məhəmməd Sinvarı aradan qaldırdıq”, – o, Knessetdə (parlament) çıxışı zamanı bildirib.

Xatırladaq ki, mayın 13-də İsrail Müdafiə Qüvvələri Xan-Yunisdəki Avropa xəstəxanasının altındakı yeraltı qərargaha zərbə endirdiyini elan etmişdi. Hədəf Qəzza zolağında HƏMAS-a və bu təşkilatın hərbi qanadı olan “İzzəddin əl-Qəssam Briqadaları” qruplaşmasına başçılıq etmiş Məhəmməd Sinvar olmuşdu.

 

C

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar