SON XƏBƏRLƏR

Almaniya Ukraynanın uzun mənzilli PUA-larının istehsalını maliyyələşdirəcək

2025.05.29, 11:14
Almaniya Ukraynanın uzun mənzilli PUA-larının istehsalını maliyyələşdirəcək

Almaniya Ukrayna üçün uzaq mənzilli dronların istehsalını maliyyələşdirmək niyyətindədir.

Gunaz.tv

Günaz TV APA-ya istinadən xəbər verir ki, bu barədə Almaniya hökumətindəki mənbələrə istinadən “Die Welt” qəzeti məlumat verib.

Məlumata görə, mayın 28-də Volodimir Zelenskinin Berlinə səfəri zamanı müzakirə olunan məsələlərdən biri də Almaniyanın Ukraynaya yeni yardım paketinin bir hissəsi olaraq Ukraynanın uzaqmənzilli dronlarının maliyyələşdirilməsi məsələsidir.

Qəzet onu da qeyd edib ki, mayın əvvəlində Ukrayna artıq Almaniya Müdafiə Nazirliyinə BARS və AN-196 adlanan zərbə dronları, həmçinin Flamingo PUA-larını maliyyələşdirmək xahişi ilə müraciət edib.

Məlumatda bunun Almaniya tərəfindən təsdiqləndiyi iddia edilir və layihənin ümumi dəyərinin təxminən 400 milyon avro olduğu bildirilir.

 

C

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar