SON XƏBƏRLƏR

SEPAH-ın açdığı “Cəhənnəm” parkı etirazlara səbəb oldu

2025.05.29, 13:43
SEPAH-ın açdığı “Cəhənnəm” parkı etirazlara səbəb oldu

İran İnqilab Keşikçiləri Korpusu “Cəhənnəm” temalı park açıb.

Gunaz.tv

GünazTV xəbər verir ki, İran İnqilab Keşikçiləri Korpusunun Fumen şəhərindəki komandanlığı “cəhənnəm”, “Sirat körpüsü”, “Münkər və Nəkirlə qarşılaşma” və “qəbir əzabı” kimi bölmələrdən ibarət park salıb. 

İnqilab Keşikçiləri tərəfindən inşa edilən bu parkda cəhənnəm əzabları simvolik formada canlandırılır. Ziyarətçilər, altından alov çıxan bir körpüdən keçir, daha sonra qəbirdəki şəxslərə "zəbaniləri" təmsil edən aktyorlar tərəfindən "əzab verilir". Bu səhnələr vasitəsilə qiyamət və axirət həyatına dair dini inanclar tamaşaçılara vizual formada təqdim olunur. 

İnqilab Keşikçiləri Korpusunun Fumen şəhərindəki komandiri Muhsin Cəfəri bu layihəni müdafiə edərək, Qumdakı dini qurumların bu layihənin təsdiqlədiyini bildirib. 

İran İnqilab Keşikçiləri Korpusu layihə üçün xüsusi Telegram kanalı da yaradıb. Kanalda yayımlanan məlumatlara görə, parkın bir hissəsində ziyarətçilər üçün İranın hərbi texnikasının nümayiş olunduğu sərgi də təşkil edilib.

Qeyd edək ki, Belə bir park ərazisinin salınması cəmiyyətdə müzakirələrə səbəb olub. İran ictimaiyyətində bir çoxları bu layihəyə qarşı çıxaraq, dini inancların bu cür formada təqdim olunmasının etik və sosial baxımdan narahatlıq doğurduğunu bildirir.

 

 

Ş.E

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar