SON XƏBƏRLƏR

Ərdoğandan Zəngəzur açıqlaması: İrana xəbərdarlıq etdi

2025.05.29, 14:21
Ərdoğandan Zəngəzur açıqlaması: İrana xəbərdarlıq etdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycandan səfərdən dönərkən Zəngəzur dəhlizinin açılmasının Qafqazda nəqliyyat və enerji infrastrukturunu da gücləndirəcəyini vurğulayaraq, İranın bu addımlara dəstək verəcəyini gözlədiyini vurğulayıb.

Gunaz.tv

GünazTV Teleqraf-a istinadla xəbər verir ki, o, bu barədə təyyarədə jurnalistlərlə söhbətində bildirib.

“Zəngəzura gəlincə, Zəngəzur keçidi Azərbaycan üçün təkcə Naxçıvanla quru əlaqəsi deyil, həm də Türkiyə üzərindən türk dünyasına uzanan yeni inteqrasiya xəttidir. Qısa müddətdə bu keçidin açılması Qafqazın nəqliyyat və enerji infrastrukturunu da gücləndirəcək. Qonşumuz İrandan bölgəmizdə sülhə, əmin-amanlığa və inkişafa xidmət edəcək bu addımları dəstəkləməsini gözləyirik. Əslində biz istərdik ki, onlar bu qarşılıqlı qazanc iqlimindən faydalansınlar. Atılan hər addım, açılan hər qapı və dəhliz iqtisadi qazanc verəcək və zaman keçdikcə ölkələri bir-birinə daha da yaxınlaşdıracaq”, - dövlət başçısı vurğulayıb.

 

 

Ş.E

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar