SON XƏBƏRLƏR

Ərdoğandan Ermənistana mesaj: Sülhün xeyrini siz də görəcəksiniz

2025.05.29, 14:36
Ərdoğandan Ermənistana mesaj: Sülhün xeyrini siz də görəcəksiniz

“Biz artıq Cənubi Qafqazda münaqişə deyil, sülh və əmin-amanlıq görmək istəyirik”.

Gunaz.tv

GünazTV xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

“Regionda daimi sülh hamının xeyrinə olacaq. Azərbaycan və Ermənistan arasında sülhün üfüqdə olması bizi sevindirir. Bu prosesi yaxından izləyirik. Biz də lazımi töhfələri veririk. Əldə olunacaq sülh Azərbaycan, Ermənistan və ölkəmiz üçün dəyərli olacaq. Ermənistanla da ehtiyatlı normallaşma prosesindən keçirik. Həm sülh, həm də normallaşma əldə olunanda biz ölkələrimizin bundan faydalandığını görəcəyik. Yəni bununla bağlı zərrə qədər narahatçılıq yoxdur”, - prezident qeyd edib.

 

 

Ş.E

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar