SON XƏBƏRLƏR

HƏMAS Uitkoffun Qəzzada nizamlanma təklifindən narazıdır

2025.05.30, 11:43
HƏMAS Uitkoffun Qəzzada nizamlanma təklifindən narazıdır

Qəzza zolağında atəşkəs və Amerika Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoffun göndərdiyi girovların azad edilməsi ilə bağlı təklifləri HƏMAS hərəkatını qane etmir.

Gunaz.tv

GünazTV "Report"-a istinadla xəbər verir ki, bu barədə mənbəyə istinadən "Axios" məlumat yayıb.

"HƏMAS Uitkoffun yeni təkliflərindən razı deyil", - “Axios”un jurnalisti Barak Ravid “X” sosial şəbəkəsində yazıb və İsrailin maraqlarına xidmət etdiyini bildirib.

Mənbənin sözlərinə görə, təkliflərdə Amerikanın müvəqqəti atəşkəsin daimi olacağına dair dəqiq zəmanətləri yoxdur; əgər danışıqlar 60 gündən çox davam edərsə, atəşkəs də qüvvədə olacaq və İsrail onu pozmayacaq.

HƏMAS rəhbərliyinin hələlik layihədən imtina etmədiyi, lakin ondan məyus olduğu dəqiqləşdirilir. Jurnalist əlavə edib ki, İsrailin adı açıqlanmayan yüksək vəzifəli rəsmisi ona deyib ki, ölkə kəşfiyyatının məlumatına görə, hərəkat xüsusi elçinin təklifini rədd edəcək.

Bundan əvvəl İsrailin baş naziri Benyamin Netanyahu Uitkoffun planını qəbul etdiyini açıqlayıb.

 

 

Ş.E

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar