SON XƏBƏRLƏR

Pezeşkianın prezidentliyi dövründə edam sayı artıb

2025.05.30, 15:16
Pezeşkianın prezidentliyi dövründə edam sayı artıb

2025-ci il yanvarın 1-dən mayın 29-a kimi İran həbsxanalarında edam edilən məhbusların sayı 500-ü keçib.

Gunaz.tv

Bununla bağlı insan haqları təşkilatları məlumat yayıb.

Bildirilib ki, 5 ay ərzində kimliyi müəyyənləşdirilən edam edilənlərin sayı 504 olub.

İnsan haqları təşkilatları Məsud Pezeşkianın prezidentliyi dövründə ölkədə edam saylarının əvvəlki illərlə müqayisədə dahada artdığını bildirirlər.

Belə ki, Pezeşkianın ötən ilin iyulundan vəzifələrinin icrasına başlamasından bu günə kimi edam edilən məhbusların sayı 1300-ü keçib.

Bu, ondan əvvəlki prezident, 1988-ci ildə siyasi məhbuslara edam hökmlərinin verilməsindəki roluna görə "Ayətullah edam" adlanan İbrahim Rəisi dövrü ilə müqayisədə əhəmiyyətli dərəcədə çoxdur. 

GünazTV

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar