SON XƏBƏRLƏR

Səudiyyə Ərəbistanının müdafiə naziri Tehrana xəbərdarlıq edib

2025.05.30, 16:09
Səudiyyə Ərəbistanının müdafiə naziri Tehrana xəbərdarlıq edib

Səudiyyə Ərəbistanının müdafiə naziri şahzadə Xalid bin Salman aprelin 17-də Tehrana səfər edib və Səudiyyə kralından İslam Respublikasındakı yüksək vəzifəli məmurlara xəbərdarlıq mesajı çatdırıb.

Gunaz.tv

Bu barədə "Röyters" məlumat yayıb.

"Mesajda Səudiyyə kralı İsraillə müharibə riskinin qarşısını almaq üçün İslam Respublikasını ABŞ prezidenti Donald Trampın nüvə sazişi üzrə danışıqlara dair təklifini ciddi qəbul etməyə çağırıb",- məlumatda bildirilib.

Məlumata görə, Prezident aparatında keçirilən görüşdə, Məsud Pezeşkianla yanaşı İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Məhəmməd Baqiri və xarici işlər naziri Abbas Əraqçi də iştirak edib.

Media 37 yaşlı Səudiyyə şahzadəsinin Tehrana səfərini işıqlandırsa da, Kral Salmanın gizli mesajının tam məzmunu hələ açıqlanmayıb.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar