SON XƏBƏRLƏR

Pakistan Əfqanıstanla əlaqələri yüksəldir

2025.05.31, 09:28
Pakistan Əfqanıstanla əlaqələri yüksəldir

Pakistanın xarici işlər naziri İshaq Dar cümə günü bildirib ki, İslamabad Əfqanıstanla münasibətləri yaxşılaşdırmaq və Kabilə səfir təyin etmək qərarına gəlib.

Gunaz.tv

GünazTV "Report"-a istinadla xəbər verir ki, o, bu barədə "X" səhifəsində yazıb.

"Mayın 19-da Pakistan nümayəndə heyəti ilə birlikdə Kabilə məhsuldar səfərimdən sonra Pakistan-Əfqanıstan münasibətləri müsbət istiqamətdə irəliləyir. Bu sürəti qorumaq üçün Pakistan hökumətinin Kabildəki müvəqqəti işlər vəkili rütbəsini səfirə yüksəltmək qərarını məmnuniyyətlə elan edirəm", - o yazıb.

Diplomat qeyd edib ki, bu addım iki ölkə arasında iqtisadiyyat və təhlükəsizlik sahələrində əməkdaşlığın dərinləşməsinə töhfə verməlidir.

 

 

Ş.E

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar