SON XƏBƏRLƏR

Ukrayna Türkiyədən hava hücumundan müdafiə sistemləri istədi

2025.05.31, 09:47
Ukrayna Türkiyədən hava hücumundan müdafiə sistemləri istədi

Ukrayna Müdafiə Nazirliyi Türkiyəyə müraciət edərək Kiyevə hava hücumundan müdafiə (HHM) sistemlərinin tədarükünə başlanmasını və Ukraynanın müdafiə-sənaye kompleksinə sərmayə qoyulmasını xahiş edib.

Gunaz.tv

GünazTV Oxu.Az-a istinadla xəbər verir ki, bu barədə Ukraynanın müdafiə naziri Rustem Umerov özünün "Facebook" hesabında məlumat paylaşıb.

Nazirin sözlərinə görə, bu məsələlər Türkiyənin xarici işlər naziri Hakan Fidanla keçirilən görüş zamanı gündəmə gətirilib.

"Birinci müavin Sergey Boyev Ukraynanın dəstəyə ehtiyac duyduğu əsas istiqamətləri təqdim edib. Bunlara müdafiə-sənaye kompleksinə sərmayələr, texnika və HHM sistemlərinin tədarükü, hava hücumundan müdafiə üçün sursatlar, əsas kalibrli mərmilər və uzaqmənzilli imkanlarımızın gücləndirilməsi daxildir", - deyə Rustem Umerov qeyd edib.

 

 

Ş.E

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar