SON XƏBƏRLƏR

BAEA: İran üç elan edilməmiş yerdə gizli nüvə işləri aparıb

2025.05.31, 16:45
BAEA: İran üç elan edilməmiş yerdə gizli nüvə işləri aparıb

Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) İranın əvvəllər bildirilməyən üç yerdə - Lavisan-Şian, Varamin və Turquzabadda bəyan edilməmiş materiallardan istifadə edərək nüvə fəaliyyətləri həyata keçirdiyi qənaətinə gəlib.

Gunaz.tv

Bu barədə "Reuters" məlumat yayıb.

BMT-nin nüvə agentliyi İranın yüksək səviyyədə zənginləşdirilmiş uran ehtiyatının artdığını bildirir.

BAEA rəhbəri Rafael Qrossi əvvəlki narahatlıqlarını təkrarlayaraq İranı agentlik ilə tam əməkdaşlıq etməyə çağırıb.

BAEA-nın şənbə günü üzv ölkələrə göndərdiyi ayrıca hesabatda deyilir ki, İranın ümumi zənginləşdirilmiş uran ehtiyatı 9247,6 kq-a yüksəlib və 60%-ə qədər zənginləşdirilmiş uranın miqdarı hazırda 400 kq-ı ötüb. Bildirilib ki, zənginləşdirmə davam edəcəyi təqdirdə İran bir nüvə silahı üçün kifayət qədər urana artıqlaması ilə çatmış olacaq.

BAEA-nın hesabatında İranın yüksək səviyyəli zənginləşdirməsinin “ciddi narahatlıq doğurduğu” vurğulanaraq, onun nüvə silahı olmadan bu səviyyəyə qədər uran zənginləşdirən yeganə ölkə olduğu qeyd edilib.

 

- Cəfər Cəfəri

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar