SON XƏBƏRLƏR

Netanyahu: Dünya nüvə silahı istehsal etməkdə qərarlı olan İrana qarşı hərəkət etməlidir

2025.06.01, 13:14
Netanyahu: Dünya nüvə silahı istehsal etməkdə qərarlı olan İrana qarşı hərəkət etməlidir

İsrail şənbə günü, mayın 31-də bildirib ki, Beynəlxalq Atom Enerjisi Agentliyinin son hesabatı İranın nüvə proqramının dinc xarakter daşımadığını və Tehranın nüvə silahı proqramını tamamlamaqda qərarlı olduğunu göstərir.

Gunaz.tv

Bu barədə İsrailin baş naziri Benyamin Netanyahunun ofisinin bəyanatında deyilib.

“Beynəlxalq ictimaiyyət İranı dayandırmaq üçün hərəkətə keçməlidir. İranın çatdığı uranın zənginləşdirilməsi səviyyəsi yalnız aktiv şəkildə nüvə silahı əldə etməyə çalışan ölkələrdə müşahidə olunur.” - deyə bəyanatda bildirilib.

Qeyd edək ki, Beynəlxalq Atom Enerjisi Agentliyi şənbə günü İranın nüvə proqramının dinc xarakter daşıması ilə bağlı şübhələrini dilə gətirib və İran bu sahədə əməkdaşlıq etməməsindən şikayət edib.

 

- Cəfər Cəfərli

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar