SON XƏBƏRLƏR

İbrahim Kalın HƏMAS-la Qəzzadakı atəşkəs məsələsini müzakirə edib

2025.06.02, 11:04
İbrahim Kalın HƏMAS-la Qəzzadakı atəşkəs məsələsini müzakirə edib

Türkiyə Milli Kəşfiyyat İdarəsinin (MİT) rəisi İbrahim Kalın HƏMAS Siyasi Bürosunun sədr müavini Halil Hayye ilə telefon danışığı aparıb.

Gunaz.tv

Bu barədə "TRT Haber" məlumat yayıb.

Bildirilib ki, telefon danışığı zamanı Amerika Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoffun rəhbərliyi ilə HƏMAS-a çatdırılan son təkliflər çərçivəsində aparılan atəşkəs danışıqları müzakirə olunub.

Müzakirə zamanı əsir mübadiləsi, eləcə də humanitar yardımlara icazə məsələsinə də toxunulub.

Həmçinin, Amerika , Qətər və Misirin vasitəçiliyi ilə danışıqların davam etdirilməsinin vacibliyi vurğulanıb.

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar