SON XƏBƏRLƏR

İsrailin Baş Qərargah rəisi Qəzzada əməliyyatı genişləndirməyi əmr edib

2025.06.02, 11:08
İsrailin Baş Qərargah rəisi Qəzzada əməliyyatı genişləndirməyi əmr edib

İsrail ordusunun Baş Qərargah rəisi general-leytenant Eyal Zamir Qəzza zolağının güney bölgəsinə səfər edib və burada əməliyyat müşavirəsi keçirib.

Gunaz.tv

Günaz TV "Report"a istinadən xəbər verir ki, Zamir hərbi əməliyyatların həm güneydə, həm də zolağın quzeyində əlavə ərazilərə genişləndirilməsi əmrini verib.

Onun sözlərinə görə, girovların qaytarılması və “HƏMAS”ın qəti məğlubiyyəti üçün şərait yaradılana qədər hərbi əməliyyatların intensivliyi artmalıdır.

Bundan əlavə, Baş Qərargah rəisi anklavda humanitar yardımın paylanması üçün əlavə mərkəzlərin yerləşdirilməsi barədə göstəriş verib:

“Biz İsrail mülki şəxslərini qorumaq üçün əməliyyat həyata keçiririk. Məqsəd müdafiədir, üsul hücumdur”.

 

C

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar