SON XƏBƏRLƏR

Amerikada "Fələstinə azadlıq!" qışqıran şəxs partlayıcı maddələrlə 8 nəfəri yaralayıb

2025.06.02, 11:19
Amerikada "Fələstinə azadlıq!" qışqıran şəxs partlayıcı maddələrlə 8 nəfəri yaralayıb

Amerikanın Kolorado ştatının Boulder şəhərində keçirilən eyləm zamanı terror hücumu baş verib.

Gunaz.tv

Günaz TV APA-ya istinadən xəbər verir ki, 45 yaşlı şəxs "Fələstinə azadlıq!" deyə qışqıraraq izdihamın üzərinə alışdırıcı-partlayıcı maddələr atıb. Hadisə nəticəsində 8 nəfər xəsarət alıb.

FTB-nin Denver regional ofisinin rəhbəri Mark Miçalekin sözlərinə görə, yaralıların yaşı 67 ilə 88 arasında dəyişir. Onlardan birinin vəziyyəti kritik olaraq qiymətləndirilir.

"İlkin araşdırma nəticələri göstərir ki, bu, məqsədli zorakılıq aktıdır və biz bu hadisəni terror aktı kimi araşdırırıq", – deyə Miçalek bildirib.

Hücumda şübhəli bilinən şəxsin adının Məhəmməd Soliman olduğu açıqlanıb. O, hadisədən sonra xəstəxanaya yerləşdirilib. “Reuters“ hələlik onun və ailəsinin əlaqə məlumatlarını əldə edə bilməyib.

FTB direktoru Kaş Patel hadisəni "məqsədli terror hücumu" kimi dəyərləndirib. Kolorado ştatının baş prokuroru Fil Vayser isə hadisənin nifrət cinayəti ola biləcəyini bildirib.

Boulder şəhər polis rəisi Stiven Redfearn insidentlə bağlı əlavə edib ki, hücumda başqa şəxsin iştirak etdiyinə dair sübut yoxdur: "Biz demək olar ki, şübhəlinin təkbaşına hərəkət etdiyindən əminik", – deyə o qeyd edib.

 

C

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar