Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Zəngəzur dəhlizi ilə bağlı son açıqlaması Ermənistan ictimaiyyətində müzakirələrə səbəb olub. Türkiyə lideri, – “Qonşu İranın da bölgəmizdə sülhə və tərəqqiyə xidmət edəcək bu addıma dəstək verməsini gözləyirik”, – deyə bildirib. Tehranın dəhlizin açılmasına qarşı çıxması fonunda Ankaranın çağırışı diqqət çəkib.