SON XƏBƏRLƏR

Rusiya Ukraynanın son hücumu zamanı nə qədər təyyara itirib?

2025.06.02, 11:46
Rusiya Ukraynanın son hücumu zamanı nə qədər təyyara itirib?

Ukrayna Təhlükəsizlik Xidməti (SBU) tərəfindən həyata keçirilən və bir ildən artıq müddətdə hazırlanan “Pautina” (“Hörümçək toru”) adlı xüsusi əməliyyat nəticəsində 41 Rusiya strateji bombardmançısı zərərsizləşdirilib.

Gunaz.tv

Günaz TV "Global.info"ya istinadən xəbər verir ki, bu barədə UNIAN agentliyi məlumat yayıb.

SBU-nun məlumatına görə, zərbələr Rusiyanın əsas hərbi hava bazalarına endirilib və nəticədə qanadlı raketdaşıyan strateji təyyarələrin 34 faizi sıradan çıxarılıb.

“Pautina” əməliyyatı çərçivəsində Rusiyanın əsas hərbi hava limanlarında yerləşən strateji daşıyıcıların 34 faizi zərərsizləşdirilib”, – deyə Ukrayna Təhlükəsizlik Xidməti rəsmi açıqlamasında bildirib.

Əməliyyatın təfərrüatlarının yaxın günlərdə ictimaiyyətə təqdim ediləcəyi gözlənilir.

 

C

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar